Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır
ABŞ Cənubi Qafqaz regionunda Azərbaycanı hər zaman özünün yaxın
tərəfdaşı olduğunu dilə gətirir. Bu, birmənalı şəkildə rəsmi Vaşinqton tərəfindən dilə
gətirilir və Azərbaycanın həyata keçirdiyi regional layihələrə münasibətdə
özünü büruzə verir. ABŞ prezidenti Donlald Trampın Azərbaycan Prezidenti İlham
Əliyevə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü
ilə əlaqədar ünvanladığı təbrik məktubunda da bu və digər məqamlar öz əksini
tapıb. Belə ki, ABŞ prezidenti qeyd edir ki, Azərbaycan özünün tarixində
bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb: "Cənub Qaz Dəhlizi
daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında
sabitliyi artırmaqda davam edir.
Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır”.
ABŞ prezidenti bu məktubunda Azərbaycanın bütün sahələrdə böyük potensiala malik olduğunu dilə gətirib. Qeyd edilənlər Azərbaycanın ABŞ və dünyanın digər dövlətləri üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
BƏXTİYAR
Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır”.
D.Tramp məktubunda vurğulayıb ki, ABŞ xarici sərmayələrin cəlb
edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam
etdirilməsində Azərbaycanın səylərini dəstəkləyir: "Azərbaycanın iqtisadi uğuru
bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.
Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və
firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”.ABŞ prezidenti bu məktubunda Azərbaycanın bütün sahələrdə böyük potensiala malik olduğunu dilə gətirib. Qeyd edilənlər Azərbaycanın ABŞ və dünyanın digər dövlətləri üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ABŞ
prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə Respublika Günü
və sayca 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı göndərdiyi təbrik
məktubları iki ölkə münasibətlərinin həm siyasi, iqtisadi, həm də təhlükəsizlik
sahəsində yüksək səviyyədə olmasını təsdiqləyir: "Xüsusilə, Respublika Günü ilə
bağlı ünvanlanan təbrik məktubunda dünyanın fövqəldövlətinin rəhbəri
Azərbaycanla münasibətlərin ortaq maraqlar əsasında formalaşmasından bəhs edir
və güclü tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayır. Ortaq maraqlar ilk
növbədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasında, enerji
təhlükəsizliyi məsələlərində maraqların üst-üstə düşməsində, beynəlxalq sülhün
və təhlükəsizliyin təminatında özünü göstərir. Bundan başqa, regional və qlobal
iqtisadi inteqrasiyaya hər iki dövlətin ortaq maraq prizmasından yanaşmasında
öz təsdiqini tapır. Eyni zamanda, Trampın məktubunda Azərbaycanın beynəlxalq
təhlükəsizliyə verdiyi töhfələrə çox yüksək və müsbət bir addım kimi yanaşılır.
Onu qeyd edim ki, dünyanın fövqəldövlətinin rəhbəri Azərbaycan prezidentinin
liderlik rolunu yüksək səviyyədə qiymətləndirir. Bunlar çox önəmli
məsələlərdir. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
həyata keçirdiyi islahatlar, ABŞ-la əməkdaşlığın genişləndirilməsinə xidmət
edən addımlar dəstəklənir. Hesab edirəm ki, bu da rəsmi Vaşinqtonun Azərbaycana
olan müsbət münasibətinin bir ifadəsi kimi dəyərləndirilə bilər”.
E.Nəsirov əlavə etdi ki, Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi
ilə bağlı göndərdiyi məktubunda seçdiyi ifadələr Azərbaycana verilən çox yüksək
dəyərin ifadəsidir: "Burada ABŞ prezidenti qeyd edir ki, Azərbaycan özünün
tarixində indiki qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb. Bu
fikirlər Prezident İlham Əliyevin "Azərbaycan öz tarixində heç vaxt indiki
qədər güclü olmamışdır” fikri ilə üst-üstdə düşür. Firavanlıq isə ilk növbədə
ölkənin iqtisadi baxımından güclənməsinin, ölkə əhalisinin yaşayış səviyyəsinin
yüksəlməsinin ifadəsidir. Bu fikri eyni zamanda, ABŞ prezidentinin Azərbaycanın
iqtisadi gücünə və potensialına, eləcə də həyata keçirdiyi sosial islahatlara
verdiyi qiymətin bir təcəssümü hesab etmək olar. Bundan başqa, Trampın məktubunda
Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində atdığı addımlar və
xüsusilə dünyanın enerji təhlükəsizliyindəki roluna diqqət yetirib. Azərbaycana
xarici investisiyaların cəlb edilməsi istiqamətində də həyata keçirilən işlər
ABŞ prezidenti tərəfindən yüksək dəyərləndirilir. Bütövlükdə Donald Trampın hər
iki məktubu Azərbaycan-ABŞ münasibətlərinin bütün istiqamətlər üzrə davamlı
inkişafa malik olduğunu göstərir”.
Politoloq Elşad
Mirbəşiroğlu bildirdi ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı göndərilən
məktub ABŞ prezidentinin bir neçə gün ərzində azərbaycanlı həmkarına göndərdiyi
artıq ikinci məktubudur: "Bildiyiniz kimi, bundan əvvəl Respublika Günü
münasibətilə də Donald Tramp Azərbaycanın dövlət başçısına təbrik ünvanlamışdı.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 26-cı ildönümü ilə bağlı ABŞ
prezidentinin göndərdiyi ikinci məktubunda da diqqəti cəlb edən bir sıra
məqamlar var. Bunların içərisində əsas olaraq Trampın Azərbaycanın potensialını
obyektiv qiymətləndirməsidir. Təbii ki, ölkəmizin sosial, iqtisadi imkanları ilə
yanaşı, siyasi potensialı da Qərbdə yüksək dəyərləndirilir. Bu baxımdan Tramp
məktubunda Azərbaycan prezidentinə ölkəmizin regionda lider rolu haqqında
təsəvvürlərə malik olduğunu çatdırır. Əlbəttə ki, bunun obyektiv əsasları var.
Nəzərə almaq lazımdır ki, Azərbaycan münaqişələrlə zəngin olan regionda və
ümumiyyətlə dünyada siyasi kataklizmlərin hökm sürdüyü bir vaxtda özünün yüksək
təhlükəsizlik mühitini və sabitliyini saxlamaqda, inkişaf etməkdədir”.
E.Mirbəşiroğlu vurğuladı ki, Azərbaycanın dünya dövlətləri ilə uğurlu
qarşılıqlı maraqlara söykənən əməkdaşlıq sistemi qurması da beynəlxalq aləm
tərəfindən yüksək qiymətləndirilir: "Eyni zamanda ABŞ da Azərbaycanın bu cür
keyfiyyətlərini dəyərləndirir və ölkəmizi özünün yaxın tərəfdaşı hesab edir. Bu
baxımdan hesab edirəm ki, regionda həyata keçirilən enerji, nəqliyyat-logistika
layihələrinə ABŞ-ın çox ciddi maraqları var və Vaşinqton da aydın görür ki, bu
layihələr birbaşa Azərbaycanın təşəbbüsü və yaxın iştirakı ilə həyata
keçirilməkdədir. Məhz ona görə də ABŞ Azərbaycanla əməkdaşlığını daha da
inkişaf etdirməkdə maraqlı olduğunu həmişə nümayiş etdirir. Donald Trampın
Azərbaycan prezidentinə məktubunda bu məqamlar hesab edirəm ki, aydın şəkildə
öz ifadəsini tapıb. Eyni zamanda, düşünmək üçün əsas vardır ki, ABŞ-la
Azərbaycan arasında münasibətlər rəsmi Vaşinqton üçün kifayət qədər
əhəmiyyətlidir”.
BƏXTİYAR