• çərşənbə axşamı, 19 mart, 13:48
  • Baku Bakı 8°C

Aygün Kazımova hansı jurnalistlərə qapı arxasını göstərdi?

23.05.13 14:45 1681
Aygün Kazımova hansı jurnalistlərə qapı arxasını göstərdi?
Xalq artisti Aygün Kazımovanın məşhur türkiyəli aranjmançı və bəstəkar Murat Yeterlə olan işbirliyi xəbəri Türkiyə mediasında yer alıb.
“Qafqazinfo”nun məlumatına görə, müğənni sonuncu Türkiyə səfəri və bugünkü layihələri haqqında fikirlərini bölüşüb: “Murat Yeterin orkestri artıq mənim orkestrimdir. Bundan sonra bütün səfərlərimdə, dünya əhəmiyyətli layihələrimdə məni onlar müşayiət edəcəklər. Hazırda bütün konsert proqramım hazırdır.
Kliplə bağlı bütün işlər də artıq yekunlaşıb. Təqdimat mərasiminə jurnalistlər siyahı ilə buraxılacaqlar. Layihəmizə qərəzli yanaşıb cürbəcür fotoşop şəkilləri ilə təbliğat aparanlar zəhmət çəkib gəlməsinlər. Qapı arxasında qalacaqlar”.
Qeyd edək ki, Aygün Kazımova və Snoop Dogg iyulun 7- də İstanbul "Beşiktaş İnönu Stadion"unda dünya turnesinə start verəcəklər. Həmin stadionda bu günə qədər Brayan Adams, Elton Con, Maykl Cekson, Madonna, Tina Turner kimi məşhur ulduzlar çıxış ediblər. Mayın 30-da isə Rihanna "Beşiktaş İnönu Stadion"unda çıxış edəcək.
banner

Oxşar Xəbərlər