• şənbə, 27 Aprel, 07:09
  • Baku Bakı 12°C

Aybəniz Haşımova: “Həyat yoldaşım dedi, səni öldürərəm”

06.03.14 18:39 4316
Aybəniz Haşımova: “Həyat yoldaşım dedi, səni öldürərəm”
“Günaydın” verlişinin bu günki qonaqları sırasında Respublikanın Əməkdar artisti, xanım sənətçi Aybəniz Haşımova olub. Müğənni verilişdə şəhid həyat yoldaşıyla bağlı maraqlı faktlara aydınlıq gətirib:
“Sevgi olan yerdə mən acizəm. Cani-qəlbdən sevdiyim insan məni öldürmək niyyətində olduğunu bilsəm belə, ona heç nə edə bilmərəm. Çünki, o insanı həqiqətən sevirəm.
Sizə həyatımdan bir maraqlı hadisəni danışmaq istəyirəm. Mən Aynişanın atasıyla ailə quranda, o, Poltexnikin 4-cü kursunda oxuyurdu. Onun nə evi, nə pulu var idi. Özü də işləmirdi. Kasıb oğlan olsa da, çox yaraşıqlı və gözəl insan idi. O, hər dəfə mən konsertə gedəndə deyirdi ki, səhnədə elə yerdə dayan, mən pərdə arxasından səni görə bilim. Deyirdi, görməsəm, səni öldürərəm. Bir dəfə elə oldu ki, onun dediyi yerdə durub mahnını ifa edirdim və birdən mikrofon söndü. O vaxt musiqi rəhbərimiz Faiq Sücəddinov idi. Faiq müəllim qayıtdı ki, gəl səhnənin önündən oxu, mikrofon sönüb, səsin eşidilmir. Mən də deyə bilmirəm ki, Faiq müəllim, buna icazə verməyən bir insan var axı”.
(gecce.az)
banner

Oxşar Xəbərlər