• çərşənbə, 08 May, 22:42
  • Baku Bakı 18°C

Ayan Babakişiyeva Aygün Kazımovanın müdafiəsinə qalxdı

04.06.13 13:41 3100
Ayan Babakişiyeva Aygün Kazımovanın müdafiəsinə qalxdı
Azərbaycanın xalq artisti Aygün Kazımova ilə məşhur amerikalı repçi Snup Dog`un (Snoop Dogg) birgə layihəsində yaranan problem mətbuatın gündəmindən düşmür.
Geniş kütlənin müzakirəsində olan bu layihənin həlli sual altındadır. Kütlənin bəzi qismi xalq artistini yalan danışmaqda ittiham edir. Aygün xanımın ən yaxın sənət dostlarından olan Ayan Babakişiyeva Publika.Az-ın mövzu ilə bağlı suallarını cavablandırarkən fikrini belə izah edib.
“Aygün xanım elə böyük layihələrə qol qoyub ki, bunun birinin sual altında qalması onun üçün kiçik problemdir. Məsələnin gerçək tərəflərindən biri budur ki, iyunun 6-na Türkiyədə nəzərdə tutlan konsert siyasi məsələlərə görə, şübhəsiz, baş tutmayacaqdı. İğtişaş yaranan bir ölkədə kimin ağlından konsert vermək keçər?” – deyən Ayan xanım sözünün davamı olaraq bildirdi ki, Aygün Kazımovanın jurnalistləri inandırmaq üçün ortaya çıxardığı fotolar onu pis duruma saldı:
"Çoxları dünya layihəsinin yalan olduğunu iddia edirdi. Jurnalistlərin bu yalanlara inandığını görən Aygün xanım şərtləri pozaraq fotoları üzə çıxarıb, yalançıların “evini” yandırdı. Bu layihə baş tutmasa belə, Aygün xanım növbəti partlayışını edəcək. O, elə bir insandır ki, sözünü əməli ilə göstərməyə çalışır. Bu dəqiqə onun haqqında boğazdan yuxarı danışanların fikri əhəmiyyətsizdir. Bir müddət sonra ortaya elə layihələr çıxacaq ki, bu, onun Aygün Kazımova, həqiqətən də, birinci olduğunu göstərəcək. 25 ildir zirvədə olan və bu adı sənəti, ifası ilə qazanan sənətçi heç vaxt yalan danışmaz. Bunu mən, Aygün xanımın ən yaxın sənət dostu olaraq deyirəm”.
banner

Oxşar Xəbərlər