• cümə, 26 Aprel, 11:08
  • Baku Bakı 12°C

"Axsaq ördək" getmir: ABŞ tarixində ilk, poçtla səsvermənin nəticəsi...

07.01.21 16:15 483
"Axsaq ördək" getmir: ABŞ tarixində ilk, poçtla səsvermənin nəticəsi...
ABŞ özünü dünyada demokratiyanın beşiyi hesab edir, ayrı-ayrı ölkələrdə keçirilən seçkilərə mövqe bildirir. Bu yanaşma daha çox sərtliyi ilə seçilir. Demokratiya, insan haqlarının boğulması kimi qiymətləndirmələr verilir. ABŞ Dövlət Departamentinin hesabatlarında bu məsələlər xüsusi yer alır. Taleyin ironiyasıdır ki, indi ABŞ prezident seçkilərində anti-demokratiyanın modelini ortaya qoyub.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, siyasi şərhçi Elman Nəsirov deyib.
Onun fikrincə, ABŞ-da hazırda qüvvələr nisbəti iki qütbə parçalanıb: "Tərəflər demokratiyanın, insan haqlarının boğulmasına görə bir-birini ittiham edir. Baş verənləri faktlar təsdiqləyir. Yanvarın 6-da ABŞ qanunvericiliyinə uyğun olaraq Konqresdə prezident seçkilərinin nəticələri təsdiqlənməli idi. Bu prosesdə 100 senator iştirak edəcəkdi. Bir ştatdan iki senator olmaqla 50 ştat üzrə 100 senator bu prosesə qatılacaqdı. 100 senatorun 53-ü Donald Trampın təmsil olunduğu Respublikaçılar Partiyasındandır. 47 senator isə Demokratlar Partiyasını təmsil edir. ABŞ Konqresinin yuxarı palatasında da üstünlük Respublikaçıların əlindədir”.
Deputat ABŞ nümayəndələr palatasında 435 konqresmenin olduğunu söyləyib: "Bu konqresmenlərin 232-si demokratların təmsilçisidir. Nümayənədlər palatasında üstünlük demokratlardadır. Qəliz durum ondadır ki, Trampın partiyasından olan respublikaçıların mütləq əksəriyyəti seçkinin nəticələrini tanıyacaqlarını elan ediblər.Onların içərisində etirazçılar da var. Ona görə də, respublikaçılar içərisində yekdil mövqe yoxdur. Onlar dağınıq qüvvə kimi çıxış edir. 6 yanvar tarixində Co Baydenın prezident kimi təsdiqlənəcəyi labüd görünürdü. Yanvarın 20-də isə onun inaqurasiyası olmalı idi. Amma Tramp tərəfdarları polisinin müqavimətini yararaq Konqresə daxil oldu. Beləliklə, Konqresin işi dayanıb və iflic olub. ABŞ tarixində görünməmiş hadisə baş verir. Konqres hazırkı prezident tərəfdarları tərəfindən zəbt olunur. Artıq toqquşmalarda ölən və yaralananlar var”.
Elman Nəsirov yanvarın 20-dək ölkənin qanuni prezidentinin Donald Tramp olduğunu vurğulayıb: "ABŞ-da seçkini uduzmuş, lakin hələ də hakimiyyəti davam edən prezidentə "axsayan ördək" deyillər. ABŞ-da belə bir siyasi terminologiya var. Görünən odur ki, Tramp sona qədər mübarizə aparmaq, vəziyyətlə barışmaq istəmir. Onun iddiasına görə, poçt vasitəsi ilə keçirilən səsvermələr kütləvi qanun pozuntusu ilə müşahidə olunub.
Poçtla səsvermənin kütləviliyi isə pandemiyadan qaynaqlanıb. Trampa görə, pandemiya və poçtla kütləvi səsvermə olmasaydı, o, qalib gələcəkdi. Onun iddiasına görə, kütləvi saxtakarlıq bu səsvermə üsulunda olub. Ona görə də, hazırki durumla barışmaq istəmir. Çoxmilyonluq tərəfdarları artıq aksiyalara başlayıb. O, tərəfdarlarına etirazları dinc yola davam etdirməyə səsləyib. Çağırış edib ki, Konqresi tərk etsinlər. Amma bu hadisə ABŞ tarixinə biabırçı bir olay kimi daxil olub. Özünü demokratiyanın beşiyi, bayraqdarı adlandıran bir ölkə seçkinin nəticələrinə etiraz edir. Başqa bir milyonluq tərəfdaşlar isə bunu demokratik hesab edir. Hazırda ABŞ belə bir vəziyyətlə üz-üzədir”.
Siyası şərhçi ABŞ-ın dünyadakı imicinə bu halların böyük zərbə olduğunu bildirib:"Bundan sonra ABŞ-ın başqa ölkələrdə olan seçkilərə hansı mənəvi prizmadan yanaşacağı suallar yaradır. Hazırda Tramp səviyyəsində etiraf olunur ki, ABŞ-da biabırçı, anti-demokratik seçki olub. ABŞ-ın birinci şəxsi ölkəsində keçirilən seçkiləri kökündən qanunsuz adlandırır. Bu, ABŞ-ın demokratik məsələlərdə bayraqdarlığını sıfıra endirir”.
Onun fikrincə, Baydenın ABŞ prezidenti olmasının qarşısını bu hallar ala bilməyəcək: "Əksər dövlətlər onun seçilməsini tanıyıb. İstisna deyil ki, 20 yanvardakı inaqurasiyadan sonra 6 yanvar hadisələri ilə bağlı cinayət işi açılacaq. Bu olayların baş verməsində Tramp ittiham olunacaq. Bayden tərəfindən Trampa qarşı cinayət işinin açılması da istisna edilmir”.
banner

Oxşar Xəbərlər