• şənbə, 27 Aprel, 01:14
  • Baku Bakı 14°C

AXCP sədrinin müavini: “Müsavat bəhanə gətirmədən ayrıla bilər”

28.12.13 15:21 1374
AXCP sədrinin müavini: “Müsavat bəhanə gətirmədən ayrıla bilər”
“Müsavat Partiyasının Milli Şuradan çıxması partiyanın qərarı ilə həll olunan məsələdir və heç kimin bu qərara müdaxilə etmək niyyəti yoxdur. Sadəcə olaraq, Milli Şuradan ayrılmaq üçün gətirilən bəhanə, elə bəhanə kimi də qəbul olunduğuna görə, diskussiya açılır. Biz hesab edirik ki, Müsavat Partiyasının heç bir bəhanə gətirmədən Milli Şuradan ayrılmaq hüququ var”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan Xalq cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.
F. Qəhrəmanlının sözlərinə görə, Rüstəm İbrahimbəyov ona görə fəxri sədrlikdən istefa verib ki, Müsavat Partiyası və digər qurumlar onun fəxri sədrliyini qabardaraq, bundan bəhanə kimi istifadə etməsin: “Yalnız Müsavat Partiyası deyil, istənilən qüvvəni bəhanə ilə Milli Şurada saxlamaq niyyətimiz yoxdur. Kim getmək istəyirsə, bəhanəsiz getməlidir”.
banner

Oxşar Xəbərlər