AZE | RUS | ENG |

AXCP-də “yarpaq tökümü” yaşanır - Fotolar

AXCP-də “yarpaq tökümü” yaşanır - Fotolar
Diktatorsayağı idarəetməyə dözməyən cəbhəçi Namiq Sadiqli partiyadan istefa verib

Azərbaycanda özlərini "demokrat” elan edənlərin mahiyyət etibarilə antidemokrat, alternativ fikrə qarşı dözümsüz olduqları hər kəsə gün kimi bəllidir. Əgər belə olmasaydı radikal müxalifət partiyaları daxilində ciddi fikir ayrılığı, qarşılıqlı ittihamlar baş verməz, ard-arda istefalar yaşanmazdı. Eyni mənzərə Əli Kərimlinin diktatorsayağı idarə etdiyi AXCP-də də müşahidə olunur. Bu partiyada Ə.Kərimlidən fərqli düşünən, onun sözünün üstünə söz deyən, əks arqumentlə çıxış edən hər kəs dərhal hədəfə alınır, cəbhəçilərdən ibarət söyüş batalyonunun mənəvi terroruna məruz qalır, satqın, xəyanətkar adlandırılır. Ona görə də zamanla keçmiş silahdaşları AXCP sədrini tərk edirlər. 
 
 

Bu günlərdə Namiq Sadiqli ad-soyadlı daha bir cəbhəçi də Ə.Kərimli ilə yollarını ayırıb. O, bu barədə "Facebook”dakı şəxsi profilində status yazaraq, istefa verdiyini açıqlayıb: "Dostlar çox düşündükdən sonra Əli Kərimlinin özəl şəxsi partiyasından İSTEFA addımını atdım. Bir neçə səbəbləri yazacağam ki cəbhədə qalan hörmətimi saxlayan və dəyər verdiyim kifayət qədər cəbhəçi dostlarım məndən inciməsinlər. Əksinə bu addımı əvvəldən atmışdım, bəlkə düzələr deyə gözləyirdim”.
 
 
 
Sabiq cəbhəçi istefa səbəblərini də bəyan edib: "Səbəblər aşağıdakılardır. Siyasi rəqiblərinə qarşı öz əlaltıları vasitəsilə iyrənc söyüşlü kompaniya apardığını qəbul edə bilmədiyim üçün. Azad fərqli düşüncəli, onu tərifləməyən, tənqid edənlərə hücum etdiyi üçün. Özünü demokrat lider adlandırıb əksinə diktatorluğa daha çox meyllik göstərdiyi üçün. Neçə illərdir 50-dən çox pariya sədrindən heç birinin adını çəkərək birliyə çağırmadığı üçün. Neçə illərdir hakimiyyəti dəyişmək deyil, yalnız ana müxalifət kürsüsünü qoruyub saxladığı və təkəbbürlülükdən əl çəkmədiyi üçün. Hər üç aydan bir 2 saatlıq mitinqlər keçirməklə işini bitmiş hesab etmək, partiyadaşlarını günahsız yerə həbsxanalara doldurmaqla özünə müəyyən dvident qazanmağı xoşladığı üçün. Şəxsinə yazdığım məktublarımı oxuyaraq, cavab verməməklə hörmətsizlik etdiyini gördüyüm üçün. Yeni nəfəs, yeni siyasi simalar ortaya çıxan kimi onlara qarşı "hakimiyyətə işləyirsən” damğası vurmaq, onları cəmiyyətdə gözdən salmaq üçün sosial şəbəkələr üzərindən min cür qarayaxmalar hazırladığı üçün”.
 
 

N.Sadiqli qeyd edib ki, dildə demokratiyadan danışan Ə.Kərimli "mənim yanımda deyilsənsə, bizdən deyilsən” deməklə, yalnız tərifləri qəbul edib, tənqid edənləri isə agent adlandırıb: "Elçi TV youtube kanalı vasitəsilə Əli Kərimliylə yanaşı, digər siyasi xadimlərin video çıxışlarını yayımladığımı həzm edə bilmədiyi üçün istefa verdim. Daha nə yazım, dostlar. Çox gözlədim ki, özünü lider kimi cəmiyyətə məcburi sırımaq istəyən bu partiya sədri bəlkə düzələr, bəlkə hakimiyyətə gəlmək üçün siyasi mübarizə adamları ilə isti münasibətlər qurub birləşməyə başlayar. Əksinə, yanıldığımı tam olaraq hiss etdiyim üçün İSTEFA verdim”.
 
 

N.Sadiqlinin AXCP sədrinin ifşasına yönəlik statusunun altında Ə.Kərimlinin sifarişi ilə cəbhəçilərdən ibarət söyüş batalyonu dərhal hərəkətə keçib, keçmiş cəbhəçiyə "satqın”, "xəyanətkar” və sair bu kimi damğalar vuraraq, ünvanına təhqirlər səsləndirərək onun şəxsiyyətini alçaltmağa çalışıblar.
 
Rufik İSMAYILOV 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973