• cümə, 26 Aprel, 17:01
  • Baku Bakı 23°C

Avropa Şurası Azərbaycanla bağlı Fəaliyyət Planını təsdiq edib

17.04.14 13:36 1002
Avropa Şurası Azərbaycanla bağlı Fəaliyyət Planını təsdiq edib
Avropa Şurası Nazirlər (Nümayəndələr) Komitəsinin aprelin 16-da keçirilən 1197-ci toplantısında qurum Azərbaycanla Avropa Şurası arasındakı Fəaliyyət Planını təsdiq edib.
APA-nın Avropa müxbiri xəbər verir ki, toplantıda AŞ-yə üzv olan 47 ölkənin nümayəndələri gələn ay Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayacaq Azərbaycanda insan hüquqları, hüquqi dövlət və demokratiya sahəsindəki islahatların dəstəklənməsini nəzərdə tutan 2014-2016-cı illər üçün Fəaliyyət Planını təsdiqləyiblər.
banner

Oxşar Xəbərlər