• çərşənbə axşamı, 19 mart, 14:36
  • Baku Bakı 8°C

Avropa Parlamentinə kritik seçkilər start götürüb

23.05.19 17:42 726
Avropa Parlamentinə kritik seçkilər start götürüb
Avropa Parlamenti tarixinin ən kritik seçkilərinə start verib. Mayın 22-də Britaniya və Niderlandda başlayan seçkilər dünən İrlandiya və Çexiyada davam edib. Latviya, Malta və Slovakiyada isə mayın 25-də keçiriləcəyi bildirilib. Aİ-nin digər üzv ölkələrində seçkinin bazar günü başlaması gözlənilir. Nəticələrin kritik ola biləcəyi gözləntilərinə səbəb odur ki, bu seçkilərə Avropa İttifaqının taleyini həll edəcək dönüş nöqtəsi kimi baxırlar. Proqnoz budur ki, Avropa İttifaqının tərəfdarları və əleyhdarları arasında kəskin qarşıdurma gözlənilir. Planetdə ən irimiqyaslı parlament seçkilərində ümumilikdə 500 milyon insan iştirak edəcək. Bir çox ekspertlər hesab edirlər ki, bu seçkilərdən sonraAvropa İttifaqında qütbləşmə daha da dərinləşəcək. Hərçənd əksər ekspertlər parlamentdə yerlərinin çoxunu Avropa İttifaqının möhkəmləndirilməsi ideyasını dəstəkləyən partiyaların qazanacağı fikrində qalır.
Məlumat üçün bildirək ki, Aİ tərəfdarları sırasına hamıdan əvvəl Almaniya kansleri Angela Merkeli və Fransa prezidenti Emmanuel Makronu aid etmək olar. Aİ-ə qarşı olanlar arasında ən çox İtaliyanın baş naziri Matteo Salvini, Fransa millətçilərinin lideri Marin Le Pen, Böyük Britaniyada Brexit tərəfdarı olan Naycel Farrac və "Almaniya üçün alternativ” partiyasını sadalamaq olar. Fikir haçalanmasının əsas səbəbi avropalı seçicini hər şeydən çoxnarahat edən iki məsələdir:qanunsuz miqrasiya və iqtisadiyyatın durumu. Səsvermə ərəfəsində "Politiko” internet jurnalı belə bir proqnoz irəli sürüb (Böyük Britaniya seçicilərini nəzərə almadan): Parlamentə Avropa İttifaqını dəstəkləyən partiyalar 465 yer, Avropa İttifaqına qarşı çıxan partiyalar isə 255 yer əldə edəcəklər.
Mayın 26-da bitəcək seçkilər Avropada populistlərin və millətçilərin populyarlığının artdığı, Britaniyanın Aİ-dən çıxmağa çalışdığı bir dönəmə təsadüf edir. Ümumilikdə 751 deputat seçiləcək, ancaq Britaniya Aİ-dən çıxınca bu rəqəm 705-ə düşəcək. İfrat-sağçı partiyalar seçki kampaniyası dövründə Aİ-də bürokratiyanın azaldılması, immiqrasiyaya məhdudiyyət qoyulmasını təbliğ ediblər. Fransa prezidentiEmmanuel Makrondeyib ki, indi əsas məsələ son altı onillik ərzində formalaşmış Aİ vəhdətini dağıtmaq istəyən "dağıtma və parçalama koalisiyasına güzəştə getməməkdir”.
Seçki öncəsi populistlər birlikdə görünməyə çalışıblar. Məsələn, həftə sonu İtaliyanın miqrasiyaya qarşı çıxan daxili işlər naziriMatteo Salviniyə yürüşdə 10 başqa millətçi lider qoşulub. Onların sırasında Fransanın Millətçi Yürüş Partiyasının lideriMarine Le Penvə Almaniya üçün Alternativ Partiyasının rəhbəriConq Meuthen də olub. Bu seçkilərdə əsas müzakirə olunan məsələlərdən biri də Rusiyanın prosesə mümkün müdaxiləsidir. İllər boyu Avropa Parlamentindəki ifrat-sağçı deputatlar "anti-Rusiya” hesab olunacaq istənilən qətnamənin əleyhinə səs veriblər. Məsələn, ötən il İngiltərənin Solsberi şəhərində kimyəvi silah hücumuna görə Kremlin pisləndiyini qətnamə səsə qoyulan zaman da belə olub. Bu deputatlar əslində, Rusiyanın Avropa İttifaqı daxilindəki "beşinci kolon”una çevriliblər. İfrat-sağçı siyasətçilərə Rusiya qurumları tərəfindən maliyyə təklif olunduğu da vurğulanır. Məsələn, 2014-cü ildə Le Penin partiyası Rusiya bankından milyonlarla dollar kredit alıb. Qərb mediası iddia edir ki, Rusiyanın pulu, dəstəyi, seçkiyə müdaxiləsi avropalı populistlərin və millətçilərin xeyli irəliləməsinə səbəb olub. Üstəlik, həmin ölkələrdə elektorat da xeyli qütbləşib. Onların qənaətincə, Qərb cəmiyyətlərini parçalamaq, bir-birinə qarşı qoymaq Rusiyanın təhlükəsizlik strategiyasının sütunudur. "Putin Avropa Parlamentinə seçkiləri Rusiyanın Avropadakı mövqeyini bərpa etmək imkanı kimi dəyərləndirir”, –The Telegraph qəzeti yazır."Euobserver” isə yazır ki,sosial şəbəkələrdə əsas təbliğat və dezinformasiya hədəfi Almaniya, Fransa və İtaliya olacaq. Avropa İttifaqı üzvü olan məhz bu üç böyük dövlət Avropa Parlamentinin 751 deputatından üçdə bir hissəsini seçəcək.
Yeri gəlmişkən, "Kommersant” qəzeti Avaaz beynəlxalq ictimai təşkilatının seçki ərəfəsində apardığı tədqiqatın maraqlı nəticələrini dərc edib. "Sağ radikal yalan şəbəkəsi” adlandırılan tədqiqat Avropanın internet məkanının dezinformasiya içində boğulduğunu müəyyən edib. Ekspertlər 500-dən artıq şübhəli qrup, səhifə müəyyən edib ki, onların da bir çoxu feyk xəbərlər yayır və ekstremist təbliğat aparır. Özü də nə az nə çox, on milyonlarla izləyiciyə malikdirlər. Oksford İnstitutunun qiymətləndirmələrinə görə, facebook izləyiciləri feyk xəbərləri tvitter izləyicilərindən daha aktiv şəkildə bölüşürlər. Hesabat üçaylıq tədqiqatın nəticəsidir və Almaniya, Böyük Britaniya, Fransa, Polşa, İspaniya və İtaliyada müstəqil ekspertlər və jurnalistlər tərəfindən aparılıb. Tədqiqat zamanı yalnız bir sosial şəbəkədə - facebookda 550 şübhəli səhifə və qrup, eləcə də, feyk xəbərlər, videolar yayan 328 profil müəyyən edilib. Bu profil və səhifələrə 32 mln. istifadəçi qoşulub. Hesabatda müəyyən edilib ki, milyonlarla avropalı yalan, manipulyasiya və nifrətin təsiri altında olublar və onların bir çoxu heç zaman bunu bilməyəcəklər və əgər facebook tədbirlər görməsə, daha bir neçə milyard insan növbəti seçkilərdə bununla rastlaşacaqlar.

Azər
banner

Oxşar Xəbərlər