• şənbə, 27 Aprel, 06:40
  • Baku Bakı 12°C

ATU-da yeni mərkəz yarandı

14.04.17 17:36 934
ATU-da yeni mərkəz yarandı
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Uşaq psixi sağlamlıq və inkişaf mərkəzi (UPSİM) yaradılıb.
Son illər inkişaf problemlərinin və autizm spektr pozulmalarının rastgəlmə tezliyinin artmasını, bu problemlərin erkən diaqnostikasının çox zəruri olduğunu qeyd edən mərkəzin rəhbəri, Nigar Sədiyeva, mərkəzin sadəcə klinik deyil, elmi və tədris istiqamətlərində də fəaliyyət göstərəcəyini bildirib: "Mərkəzdə sağlam uşaq təqibi; inkişaf problemlərinin , pediatrik və psixi xəstəliklərin erkən diaqnostikası və müalicəsi həyata keçirilir. Mərkəz ölkədə xüsusilə, neyroinkişaf problemlərinə multidisiplinar yanaşmanı təmin etməyi hədəfləyir. UPSİM tədris prosesi ilə yanaşı, elmi əsaslar üzərində fəaliyyət göstərməyi, dünyada mövcud bənzər mərkəzlərlə əməkdaşlığı və beynəlxalq təcrübənin ölkəmizdə tətbiqini planlaşdırır”.
Mərkəzin həkimlərindən artıq üç nəfəri ABŞ-da elmi tədqiqatlar üzrə təhsil almış, inkişaf pediatriyası bölmələrində ixtisasartırma kurslarını keçiblər.
Nigar Sədiyeva mərkəzinin yaranmasının əsas məqsədini belə: " Franklin deyirdi ki, əgər öldükdən sonra xatırlanmaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yaxın, yaxud yazmağa dəyər işlər görün. Biz, UPSİM bu arzularla , vətənimizə, səhiyyəmizə, elmimizə faydalı olması üçün yaratdıq”.
Qeyd edək ki, mərkəz dörd nəfərlik həkim briqadasından və həkim rezidentlərdən ibarətdir. Həkim briqadası ATU-nun psixiatriya kafedrasının psixiatrı İkram Rüstəmov, pediatr Nigar Sədiyeva, assisent Nərmin Quliyeva və uşaq nevroloqu Rima İbadovadan ibarətdir.



banner

Oxşar Xəbərlər