• cümə, 26 Aprel, 16:00
  • Baku Bakı 23°C

ATƏT PA-ya təqdim edilən məruzədə Qarabağ münaqişəsinə toxunulmayıb

28.06.14 09:25 1026
ATƏT PA-ya təqdim edilən məruzədə Qarabağ münaqişəsinə toxunulmayıb
“Soyuq müharibənin başa çatmasından sonra yeni hərbi fəaliyyət və yeni silah sistemləri ilə bağlı yeni təhdidlər yaranıb”.
Bu fikir ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün Finlandiyadan olan məruzəçi Pta Kaumanın hazırladığı “Silahlı qüvvələr üzərində nəzarət və Venesiya sənədi” adlı məruzədə yer alıb.
Sənəddə qeyd edilir ki, terrorizm, kibermüharibə, pilotsuz uçuş aparatları və bu aparatlardan məhdud miqyaslı əməliyyatda istifadə təhlükəsizlik sahəsində müasir siyasətdə daha böyük aktuallıq kəsb etməyə başlayıb və yeni reaksiya imkanları tələb edir. Eyni zamanda mümkün kiberhücumlar insan həyatı və hüquqlarının toxunulmazlığına daha böyük təhlükələr yaradır: “Gələcək səylər Avropa Birliyinin kibertəhlükəsizlik sahəsində strategiyası koordinasiya edilə bilər”.
Məruzədə vurğulanır ki, ordunun sayı və maddi təminat üçün xərclənən vəsait əvvəlki əhəmiyyətini itirib. Artıq bir uğurlu kiberhücum bütün ölkəni iflic durumuna salmaq imkanındadır, döyüş tankları və digər texnikalar bunun qarşısında acizdir. Məruzədə Avropada Adi Silahlı Qüvvələr barədə Müqavilədə əsas diqqətin daha çox müxtəlif hərbi qüvvələrin keyfiyyət və potensialına ayrılmalı olduğu vurğulanır.
Sənəddə regional konfliktlərin ATƏT üçün əlavə çağırışlar yaratdığı qeyd edilib.
Dağlıq Qarabağ, eləcə də Gürcüstan və Moldova ərazisindəki münaqişələrə toxunulmadığı məruzədə Rusiyanın Krımı ilhaq etməsinə geniş yer ayrılıb. Məruzədə vurğulanır ki, Rusiyanın Krımı birtərəfli özünə birləşdirməsi bütün beynəlxalq qaydaları və müstəqil ölkələrin suverenliyini təhlükə altında qoyub: “Krım Muxtar Respublikasında və Sevastopolda keçirilən referendum Ukrayna tərəfindən sanksiyalaşdırılmayıb, buna görə də qanuni qüvvəsi yoxdur. BMT Baş Assambleyası da martın 27-də qəbul etdiyi qətnamədə Ukraynanın ərazi bütövlüyünə riayət edilməsinin zəruri olduğunu vurğulayıb. ATƏT bütün tərəflər arasında vasitəçiliklə bağlı missiyanı yerinə yetirən orqan kimi bu rolu öz üzərinə götürməlidir. ATƏT yenə də təhlükəsizliyin, şəffaflığın səviyyəsinin artırılması sahəsində öz rolunu təsdiqləmək potensialına malikdir. “Helsinki+40” prosesi çərçivəsində irəli getmək lazımdır. Bu proses qarşılıqlı etimadı və üzv dövlətlər arasında əməkdaşlığı möhkəmləndirmək imkanı yaradır. Biz gələn il konkret nəticələr əldə ediləcəyinə ümid edirik. Bu vəzifə bizim çiynimizdədir”./apa/
banner

Oxşar Xəbərlər