• cümə, 26 Aprel, 18:44
  • Baku Bakı 22°C

ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyası Bakıya gəlib

26.08.13 14:34 1173
ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyası Bakıya gəlib
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli missiyasının müşahidəçiləri fəaliyyətə başlayıb.
APA-nın məlumatına görə, missiya artıq Bakıya gəlib. Missiya ölkədə seçkiqabağı situasiyanın hərtərəfli monitorinqini keçirəcək.
Bu həftə müşahidə missiyası mətbuat konfransı keçirəcək, konfransda uzunmüddətli missiyanın rəhbəri heyətin tərkibi və funksiyaları barədə geniş məlumat verəcək.
ATƏT-in Bakı Ofisinin rəhbəri bundan əvvəl jurnalistlərə verdiyi açıqlamada uzunmüddətli missiyanın tərkibinə 30 müşahidəçinin daxil olacağını, köməkçi heyətlə birlikdə missiyada 50-55 nəfərin təmsil olunacağını bildirmişdi.
banner

Oxşar Xəbərlər