• şənbə, 27 Aprel, 08:33
  • Baku Bakı 12°C

Ağstafaya yeni icra başçısı təyin olundu

21.05.20 13:03 734
Ağstafaya yeni icra başçısı təyin olundu
Prezident İlham Əliyev Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1984- cü il təvəllüdlü S. Orucov Naxçıvan Muxtar Respublikasında anadan olub.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub, daha sonra elə həmin universitetdə magistratura oxuyub.
2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

O, 2010-cu ildə Prezidentin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.
banner

Oxşar Xəbərlər