• şənbə, 27 Aprel, 03:14
  • Baku Bakı 14°C

AŞPA sədri qoşunların təmas xəttindəki gərginlikdən narahatdır

27.01.14 12:51 1524
AŞPA sədri qoşunların təmas xəttindəki gərginlikdən narahatdır
APA-nın verdiyi məlumata görə, bunu Avropa Şurasının Parlament Assambleyanın (AŞPA) sədri Jan Klod Minyon bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanın sədrlik etdiyi 2013-cü ildə Almaniya və Fransa arasında Yelisey sazişinin imzalanmasının 50-ci ildönümü qeyd olunub: “Bu saziş iki düşmən ölkəni bir araya gətirdi və sonradan Almaniya ilə Fransa iki dost, tərəfdaş ölkə oldu. Düşünürdüm ki, əgər Almaniya və Fransa bunu edə bilibsə, şübhəsiz ki, Azərbaycanla Ermənistan da bunu edə bilər. Əgər mən Avropa Şurasının baş katibi vəzifəsinə seçilsəm, təbii ki, Dağlıq Qarabağ münaqişənin həlli mənim əsas prioritetlərimdən biri olacaq”.
J.K.Minyon həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar baş verən gərginlikdən narahat olduğunu da bildirib.
banner

Oxşar Xəbərlər