AZE | RUS | ENG |


AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb.
 
APA-nın xəbərinə görə, səfər çərçivəsində onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.
 
Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Onların həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq üçün müraciət etdikləri də bildirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007