• şənbə, 27 Aprel, 03:41
  • Baku Bakı 14°C

AŞ PA Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etmədi

25.06.14 17:51 893
AŞ PA Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etmədi
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun İnsan hüquqları və hüquq məsələləri üzrə Komitəsinin toplantısı keçirilib.
APA-nın Avropa bürosunun məlumatına görə, toplantıda irlandiyalı deputat Mikael Maknamaranın təşəbbüskar olduğu "Azərbaycanda siyasi məhbuslarla bağlı məsələ"yə dair təkliflər müzakirə edilib. İrlandiyalı deputatın təklifi ilə bu məsələ üzrə yeni məruzəçinin təyin edilməsi məsələsi gündəmdə olub.
Komitədə hollandiyalı deputat Pyeter Omtziygin Azərbaycanda siyasi məhbus məsələləri üzrə məruzəçi təyin olunması məsələsi müzakirə olunsa da, o, cəmi 19 səs toplaya bilib.
Bundan sonra Komitə üzvlərindən 29 nəfər lehinə olmaqla Azərbaycan üzrə həmməruzəçi, ispaniyalı millət vəkili Pedro Aqramuntunun Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə də məruzə hazırlamasına qərar verilib.
banner

Oxşar Xəbərlər