• cümə, 26 Aprel, 19:26
  • Baku Bakı 22°C

Araz Əlizadə və Qüdrət Həsənquliyevin namizədliyi təsdiqlənib

16.08.13 14:34 1281
Araz Əlizadə və Qüdrət Həsənquliyevin namizədliyi təsdiqlənib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın məlumatın görə, yığıncaqda əvvəlcə MSK-nın 13 avqust və 14 avqust 2013-cü il tarixli iclas protokolları təsdiq edilib.
İclasda Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Araz Məmmədmübariz oğlu Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Qüdrət Müzəffər oğlu Həsənquliyevin prezidentliyə namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, namizədliklərinin təsdiq olunması ilə bağlı A. Əlizadə və Q. Həsənquliyevin MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu hər iki şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
Daha sonra onların səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə MSK katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər.
Qeyd edək ki, 12 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucludur.
Namizədliyi irəli sürülən İ. Əliyev, Ə. Oruc, İ. Məmmədov (İlqar Altay), İ. Ağazadə, F. Əliyev, Ə. Əliyev, A. Əlizadə və Q. Həsənquliyevin namizədliyi təsdiq olunub.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.
Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.
Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.
banner

Oxşar Xəbərlər