AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Aqrar sahədə innovasiyaların tətbiqi Kənd Təsərrüfatı Nazirliyinin prioritet vəzifələrindən biridir

Aqrar sahədə innovasiyaların tətbiqi Kənd Təsərrüfatı Nazirliyinin prioritet vəzifələrindən biridir

İqtisadiyyat
20 Fevral 2020, 13:15 2344
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının inkişafı dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Son illər bu sahədə böyük uğurlara imza atılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd təsərrüfatı naziri İnam Kərimov fevralın 20-də Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi Layihəsi"nin təqdimatı ilə əlaqədar keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, aqrar sahədə rəqəmsallaşma və innovasiyaların tətbiqi nazirliyin prioritet məsələlərindən biridir. Onun sözlərinə görə, hazırda fermerlərə "vahid pəncərə" əsasında 70-dən çox xidmət təklif edilir. Eyni zamanda, regionlarda aqrar inkişaf mərkəzləri yaradılıb.