AZE | RUS | ENG |

Millət vəkili: Aparılan sosial siyasətin alternativi yoxdur

Millət vəkili: Aparılan sosial siyasətin alternativi yoxdur
Sona Əliyeva: Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün davamlı tədbirlər həyata keçirir

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı davamlı olaraq yüksəlir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, ötən illər ərzində Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib: "Ölkəmizin iqtisadi gücünün artması sosial müdafiə sisteminin gücləndirilməsində də özünü ehtiva edir. Belə ki, cənab Prezidentin müvafiq fərman və sərəncamları ilə insanların sosial rifahının yüksəldilməsi məqsədilə davamlı olaraq tədbirlər həyata keçirilir. Bu isə ölkəmizdə vətəndaş məmnunluğunu daha da artırır. Nəticədə Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, dövlət başçısının siyasətini birmənalı olaraq dəstəkləyir".

Deputat qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, minimum əməkhaqqı 250 manat müəyyən edilib, eləcə də müxtəlif kateqoriyalar üzrə çalışanların əməkhaqları artırılıb. Bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

S.Əliyeva əlavə edib ki, dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət – vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299