• şənbə, 27 Aprel, 00:42
  • Baku Bakı 14°C

Ankarada “Azərbaycan həftəsi” keçirilib

29.11.18 20:38 541
Ankarada “Azərbaycan həftəsi” keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi birgə əməkdaşlıq çərçivəsində noyabrın 26-30-da Ankarada "Azərbaycan həftəsi” keçirib. Bu məqsədlə SAM, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşlarından, habelə deputatlardan və müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Ankaraya səfər edib.
Strateji Araşdırmalar MərkəzindənAZƏRTAC-a verilən məlumata görə, səfər ümummilli lider Heydər Əliyevin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsinin ziyarəti ilə başlayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Ankaradakı səfirliyində olub, səfir Xəzər İbrahimlə görüşüb.
Nümayəndə heyəti, həmçinin Türkiyənin Prezident Administrasiyasında Rəcəb Tayyib Ərdoğanın müşaviri Tuğba Nur Sönməzlə görüşüb, qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına dair müzakirələr aparılıb.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzində və Avrasiya İncələmələr Mərkəzində "dəyirmi masa” formatında keçirilən görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin siyasi, iqtisadi, təhlükəsizlik aspektləri, eləcə də regionun siyasi arenasında cərəyan edən hadisələrə dair mövzular müzakirə olunub.
Səfər çərçivəsində SAM "Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans təşkil edib. Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində keçirilən konfransda Milli Məclisin deputatı Musa Qasımlı Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qardaş xalqları arasında da özünü büruzə verdiyini söyləyib.
SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev Türkiyə-Azərbaycan əlaqələrinin regionun siyasi konfiqurasiyasına müsbət təsir etdiyini bildirib. O, eyni zamanda, Azərbaycanın Türkiyənin terrorizmə və separatizmə qarşı apardığı mübarizəyə dəstək verdiyini vurğulayıb.
Konfrans Orta Şərq Texniki Universitetinin əməkdaşı Oqtay Tanrısevər və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvarın ikitərəfli münasibətlərin inkişafı və perspektivlərinə dair məruzələri ilə davam edib.
banner

Oxşar Xəbərlər