• cümə, 26 Aprel, 10:37
  • Baku Bakı 12°C

Çanaqqala zəfərinin qeyd edilməsi gərginlik yaşayan dünyaya sülh çağırışıdır

25.04.15 06:39 994
Çanaqqala zəfərinin qeyd edilməsi gərginlik yaşayan dünyaya sülh çağırışıdır
“Çanaqqala zəfərini qeyd etmək üçün 70-dən artıq ölkədən nümayəndə heyəti gəlmişdi. Çanaqqala zəfəri vətəni, doğma torpağı sevməyin, onun uğrunda vuruşmağın və ölməyin müqəddəsliyini bir daha sübut etdi”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsinə yazıb.
N. Məmmədov qeyd edib ki, Çanaqqala zəfərinin qeyd edilməsi, eyni zamanda bu gün gərginlik yaşayan dünyada sülh və barış çağırışı deməkdir.
Xatırladaq ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı beynəlxalq səviyyəli tədbir keçirilib. Tədbirə 21 dövlət başçısı, 70-dən çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
banner

Oxşar Xəbərlər