• şənbə, 27 Aprel, 01:05
  • Baku Bakı 14°C

Amerikalıların yarıdan çoxu Donald Trampın impiçmenti ideyasını dəstəkləyir

05.11.19 14:15 1136
Amerikalıların yarıdan çoxu Donald Trampın impiçmenti ideyasını dəstəkləyir
Amerikalıların yarıdan çoxu ABŞ Prezidenti Donald Trampın impiçmenti proseduruna başlamaq ideyasını dəstəkləyir.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat ABŞ KİV-lərinin sifarişi ilə keçirilən sosioloji sorğunun nəticələrində yer alıb.
Respondentlərin 55 faizi Donald Trampın vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə razıdır. Bununla yanaşı, rəyi soruşulan insanların 24 faizi bunun üçün yetərincə əsas olduğunu hesab edir. Sorğuda iştirak edən amerikalıların təxminən 30 faizi impiçment ideyasına qarşı çıxıb. Həmçinin respondentlərin 43 faizi Donald Trampın prezident kimi fəaliyyətini dəstəklədiyini bildirib.
ABŞ-da son vaxtlar Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı telefon danışığı ətrafinda böyük qalmaqal yaşanır. İyulun 25-də ABŞ və Ukrayna prezidentlərinin telefon danışığının stenoqramını dərc edilib. Stenoqram Donald Trampın həqiqətən də Kiyevə maliyyə və hərbi yardım əvəzində Vladimir Zelenskidən direktorlar heyətinə Baydenin oğlunun da daxil olduğu "Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin özünün fəaliyyətini araşdıran Ukraynanın sabiq Baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahişi etdiyini təsdiqləyib.
Bu qalmaqal Birləşmiş Ştatlar liderinin impiçment prosedurunun başlamasına səbəb olub. Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi sayılır.
banner

Oxşar Xəbərlər