• şənbə, 27 Aprel, 06:20
  • Baku Bakı 12°C

AMEA qurultayın gecikməsi ilə bağlı fikirlərə münasibət bildirib

16.04.14 15:47 1273
AMEA qurultayın gecikməsi ilə bağlı fikirlərə münasibət bildirib
“Azərbaycan alimlərinin I qurultayının keçirilməsi ilə bağlı xeyli işlər görülməlidir”.
Qurultayın vaxtının gecikməsi ilə bağlı səslənən fikrilərə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli APA-ya açıqlamasında deyib ki, hazırda qurultayın keçirilməsinə dair geniş hazırlıq işləri aparılır.
Onun sözlərinə görə, bununla bağlı təşkilat komitəsi yaradılıb və Azərbaycan alimlərinin I qurultayında iştirak edəcək xarici ölkə alimləri, o cümlədən xarici dövlətlərdə yaşayan Azərbaycan alimlərinin siyahıları, göstəriciləri dəqiqləşdirilir: “Bu isə kifayət qədər vaxt tələb edir. Akademiyanın prezidenti hesab edir ki, Azərbaycan alimlərinin I qurultayının keçirilməsi kimi şərəfli və məsuliyyətli iş yalnız yüksək hazırlıqdan sonra baş tutsa, daha faydalı ola bilər. Ona görə də hazırlıq işləri davam edir. Bu proseslər başa çatandan sonra akademiya qurultayın nə zaman keçirilməsinə qərar verəcək”.
Akademiyanın 70 illik yubileyi ərəfəsində görüləcək işlər barədə məlumat verən İ.Həbibbəyli qeyd edib ki, “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” adlı sənədli filmin çəkilişlərinə hazırlıq işləri aparılır. Artıq filmin çəkilməsi üçün işçi qrupun formalaşdığını deyən vitse-prezident vurğulayıb ki, yaradıcı heyət müəyyən olunub, müxtəlif kino və dövlət arxivlərində, muzeylərdə akademiya ilə bağlı saxlanılan nadir materialların toplanması və filmdə istifadə olunması istiqamətində geniş iş aparılır. Onun sözlərinə görə, akademiya haqqında çəkilən filmdə qurumun tarixi və hazırda gedən islahatlar öz əksini tapacaq: “Akademiyanın 70 illik yubileyi ilə əlaqədar olaraq akademiyanın keçdiyi inkişaf yolunun bütün mərhələləri və əsas istiqamətlərini əks etdirən fundamental, monoqrafik elmi-tədqiqat işi olan kitab hazırlanır. Bu proses artıq başa çatmaq üzrədir. Burada akademiyanın bütün istiqamətləri üzrə dinamik inkişaf və müasir dövrdə həyata keçirilən islahatlar öz əskini tapacaq. Bundan əlavə, AMEA-nın təsisçiləri olmuş 15 görkəmli el xadiminin hər birinə həsr olunmuş ayrıca eyni formatda çıxacaq kitabların hazırlanması üzrə də iş aparılır. Bu kitabların hər birinin müəllifi, işçi qrupu müəyyənləşib. Bu da hər təsisçi haqqında yeni məlumatların əldə edilməsində etibarlı bir mənbəyə çevriləcək”.
banner

Oxşar Xəbərlər