• cümə, 26 Aprel, 09:21
  • Baku Bakı 12°C

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25.09.17 09:50 1340
Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb
Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiya alyansı 32,5% səs çoxluğu ilə parlament seçkilərində qalib gəlir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ARD ictimai-hüquq telekanalının apardığı "exit poll"un nəticələri deməyə əsas verir.
Martin Şultsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası seçkilərdə 20 faiz səs toplamaqdadır.
Həmçinin siyahıda 13,5% səslə üçüncü yerdə qərarlaşan "Almaniya üçün Alernativ" sağçı partiyası ilk dəfə olaraq Bundestaqa daxil olmaq üzrədir.
"Exit poll"un nəticələrinə görə, parlamentə ümumilikdə 6 partiya keçir.
banner

Oxşar Xəbərlər