• cümə axşamı, 02 may, 01:48
  • Baku Bakı 15°C

Allahşükür Paşazadə sonuncu dəfə xəbərdarlıq etdi

08.07.13 14:19 1529
Allahşükür Paşazadə sonuncu dəfə xəbərdarlıq etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bəzi axund və imamlara ciddi və son dəfə xəbərdarlıq etdiyini açıqlayıb.
APA-nın məlumatına görə, A.Paşazadə bu gün QMİ-də keçirilən tədbirdə bildirib ki, bəzi məscidlərdə axundlar öz vəzifələrini yaxın qohumlarına, qardaşlarına və digərlərinə tapşırıb, öz işlərinin arxasınca gedir, məscidi unudurlar.
O, son dəfə xəbərdarlıq etdiyini vurğulayaraq bildirib, axund və imam vəzifəsini başqasına həvalə edib, harasa yox olursa, deməli işinin öhdəsindən gələ bilmir: “Bu, necə ola bilər axı? Mən Şeyxəm, vəzifəmi başqasına necə etibar edə bilərəm? Onlar da eləməməlidir. Belə adamlara dəfələrlə xəbərdarlıq eləmişik. Məsciddə moizə oxumaq üçün axundu başqa adam yalnız bizim icazəmiz əsasında əvəz edə bilər, bizim icazəmiz yoxdursa, bu qadağandır. Hansısa məsciddə axundu kimsə hansısa moizədə, dini məsələlərdə əvəzə etmək istəyirsə, bizim müvafiq komissiyamızdan icazə almalıdır. Əks halda, o məscidin axundu, imamı barədə xəbərdarlıq olmadan ciddi ölçü götürüləcək”.
banner

Oxşar Xəbərlər