• cümə, 26 Aprel, 17:52
  • Baku Bakı 23°C

Alim Qasımov şou verilişlərinin yığışdırılmasını istəyir

06.08.14 12:39 1010
Alim Qasımov şou verilişlərinin yığışdırılmasını istəyir
“Cəbhədə gərginliyin artdığı, ölkəmizin şəhidlər verdiyi günlərdə telekanallar və şou əhlinin bayram ovqatına köklənməsi yolverilməzdir”.
Axşam.az xəbər verir ki, bu sözləri xalq artisti, görkəmli muğam ifaçısı Alim Qasımov söyləyib.
“İstənilən halda müğənni bəhanə edə bilməz ki, cəbhədəki gərginlikdən xəbəri yoxdur. Buna heç kim inanmaz. Əgər bu baş veribsə, lap biabırçılıq. Necə ola bilər ki, ölkə şəhidlər verə, vətənini sevdiyini deyən müğənninin bundan xəbəri olmaya. Bu, absurddur. Hesab edirəm ki, nəinki şou əhli, telekanallar da şou verilişlərini yığışdırmalıdır. Bu, bütövlükdə cəmiyyətə qarşı hörmətsizlikdir” - deyə A.Qasımov bildirib.
banner

Oxşar Xəbərlər