• şənbə, 27 Aprel, 03:10
  • Baku Bakı 14°C

Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə olub

28.11.17 14:12 2248
Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə olub
Azərbaycan prezidentiİlham ƏliyevTərtər rayonu ərazisində yerləşən "N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnikZakir Həsənovprezident, Ali Baş Komandanİlham Əliyevə raport verib.
Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.
Z. Həsənov cəbhədəki əməliyyat şəraiti barədə prezident, Ali Baş Komandanİlham Əliyevə ətraflı məlumat verib.
banner

Oxşar Xəbərlər