• cümə, 26 Aprel, 20:03
  • Baku Bakı 22°C

Aİ nümayəndəsi: "Azərbaycanla danışıqlar indiyədək yaxşı irəliləyib"

27.11.17 15:25 1185
Aİ nümayəndəsi: "Azərbaycanla danışıqlar indiyədək yaxşı irəliləyib"
"AzərbaycanlaAvropa İttifaqıarasında yeni saziş üzrə danışıqlar bu günə kimi çox yaxşı irəliləyib".

Bu sözləriAPA-ya açıqlamasındaAvropa İttifaqıXarici Əməliyyatlar Xidmətinin Rusiya, "Şərq tərəfdaşlığı", Mərkəzi Asiya vəATƏTüzrə direktoru, Azərbaycanla yeni saziş üzrə danışıqların Aİ-dən olan nümayəndə heyətinin rəhbəri Luk Devin deyib. Bununla yanaşı, o bildirib ki, görülməli bir çox iş hələ qalıb: "Azərbaycan hökumətinin hədəfi öz iqtisadiyyatını diversifikasiya etməkdir. Biz siyasi, sektoral əməkdaşlıq, iqtisadiyyat və ticarət bölmələri üzrə danışıqlar aparırıq. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmadığı üçün bir sıra çətinliklər yaranır. Biz danışıqlara sadiq olaraq qalırıq”.
banner

Oxşar Xəbərlər