AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Aİ-də ən az maaşı macarlar alır

Aİ-də ən az maaşı macarlar alır

İqtisadiyyat
04 Aprel 2021, 17:00 947
Avropa İttifaqına üzv dövlətlərdə əməkhaqqı çox fərqlidir. Üstəlik, bu fərq hər il artır. Şərqi postsosialist ölkələri ilə müqayisədə Avropanın qərbində əməkhaqqı daha yüksəkdir.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosu - Avrostat 2020-ci il üzrə məlumatları dərc edib. Aİ-də 2020-ci ildə saathesabı ödəniş orta hesabla 28,5 avro təşkil edib.
Bu siyahıdakı ölkələr sırasında hər iş saatına görə, orta hesabla 6,56 avro ödənilən Bolqarıstan sonuncu yerdədir. Bir iş saatına görə 8,1 avro əməkhaqqı ödəyən Rumıniya bu siyahıda sonuncudan əvvəlki yerdədir. Ötən illə müqayisədə müvafiq göstəricilərin pisləşməsi nəticəsində bir saat işə görə 9,9 avro əmək haqqı ödəyən Macarıstan sözügedən siyahıda sondan üçüncü pillədə yerləşib. Macarıstan bir il bundan əvvəl həmin siyahıda Latviyadan sonra üçüncü yerdə olub. Lakin Latviyanın ötən il öz göstəricilərini yaxşılaşdırması nəticəsində Macarıstan siyahıda üçüncü yerə enib. Macarıstanın qonşuları arasında ən yaxşı göstəricilər Avstriyaya məxsusdur. Burda bir saatlıq iş, orta hesabla 36,7 avro dəyərində qiymətləndirilir. Bu, Macarıstana nisbətən təxminən dörd dəfə yüksəkdir. Macarıstanı bu siyahıda, həmçinin Slovakiya (13,4 avro), Sloveniya (19,9 avro) və Xorvatiyanı (10,8 avro) qabaqlayır.
Siyahıya Danimarka başçılıq edir. Burada zəhmətkeşin iş saatı 45,8 avroya dəyərləndirilir. Bir saat işə görə 40 avro ödəyən Lüksemburq, Belçika, İslandiya və Fransa bu siyahıda ikinci-beşinci yerləri bölüşürlər.
Avrostatın hesabatında kənd təsərrüfatı və dövlət idarəçiliyi istisna olmaqla iqtisadiyyatın bütün sahələri öz əksini tapıb. Bundan əlavə, 10 nəfərdən az işçisi olan kiçik müəssisələr bu hesabatda nəzərə alınmayıb.