AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Afaq Gəncəli: “Bizi təhdid edirlər“

Afaq Gəncəli: “Bizi təhdid edirlər“

Mədəniyyət
21 Noyabr 2013, 14:22 1201
Məşhur teleaparıcı Afaq Gəncəli show.az-ın qonağı olub. Maraqlı müsahib olan “10LAR” verilişinin aparıcısı şou-binzesdə baş verən qalmaqallardan danışıb.

“Adətən oda su tökürük, qalmaqalları efirə vermirik. Əgər bu verilişin aparıcısı olmasaydım, şou əhlinə çox söz deyə bilərdim. Lakin hazırda danışmaq istəmirəm.

Bəzən bizi təhdid edirlər, məhkəməyə də vermək istəyiblər, işdən çıxartmaqla hədələyiblər. Ona görə şou-biznesdə bir qədər diqqətli olmaq lazımdır”.

Ailəsindən, övladından danışan Afaq Gəncəli geyimində hansı üslubu xoşladığını da ilk dəfə açıqladı.

“Mən idman üslubunda geyinməyi çox xoşlayıram. Təəssüf ki, işimlə əlaqədar bu üslubda geyinə bilmirəm. Bir ana kimi oğlumla fəxr etmək istəyirəm. Onun kameraya, çəkilişə böyük həvəsi var. Aktyorluq istedadını görürəm.

Lakin istəyirəm ki, oğlum diplomat, dövlət məmuru olsun”.