• cümə, 26 Aprel, 06:28
  • Baku Bakı 12°C

Abşeron Olimpiya İdman Kompleksinin açılışı olub - Fotolar

16.11.17 11:45 2928
Abşeron Olimpiya İdman Kompleksinin açılışı olub - Fotolar
Azərbaycan prezidentiİlham ƏliyevAbşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziriAzad Rəhimovgörülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

Komplekslə tanışlıqdan sonra prezidentİlham ƏliyevAbşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb. Görüşdə çıxış edən dövlət başçısı bildirib ki, bu, bölgələrdə inşa edilmiş sayca 42-ci Olimpiya İdman Kompleksidir: "Bu rəqəm özlüyündə bir göstəricidir. İndi bizim əksər rayonlarımızda ən müasir idman kompleksləri fəaliyyət göstərir. Əlbəttə, biz növbəti illərdə də yeni komplekslərin tikintisi ilə məşğul olacağıq. Ağcabədi Olimpiya İdman Kompleksi artıq açılışa hazırdır. Bu kompleks yaxın zamanlarda açılacaq. Gələn il də yeni komplekslərin açılışı nəzərdə tutulur. Bu idman obyekti Abşeron rayonu üçün çox böyük əhəmiyyət kəsb edir. Burada 1000 nəfərlik gözəl idman zalı, 1600 nəfərlik stadion, məşq zalları, boks, şahmat bölmələri, açıq idman meydançaları, kort var. Bir sözlə, burada idmanın əksər növləri ilə məşğul olmaq mümkündür. Bu, Abşeron rayonu üçün, idmançılar üçün gözəl bir hədiyyədir. Əminəm ki, həm rayon sakinləri, uşaqlar, yeniyetmələr, eyni zamanda, idmançılar da bu kompleksin imkanlarından istifadə edəcəklər. Beləliklə, bütün bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində növbəti önəmli addım atılır”.

Dövlət başçısı qeyd edib ki, Abşeron rayonunda işlər çox yaxşı gedir, son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir. "Rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıb. Rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilib, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur. İçməli su problemi də tədricən həll olunur. Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunub. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, bu gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır. Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və idmançılara yeni uğurlar arzulayıram. Rayon sakinlərinə isə yeni nailiyyətlər, cansağlığı, əmin-amanlıq diləyirəm. Əminəm ki, Abşeron rayonunda belə gözəl hadisələr çox olacaq”.

banner

Oxşar Xəbərlər