• şənbə, 27 Aprel, 01:22
  • Baku Bakı 14°C

ABŞ Senatı Brett Kavananın namizədliyini təsdiqləyib

07.10.18 11:00 429
ABŞ Senatı Brett Kavananın namizədliyini təsdiqləyib
Şənbə günü ABŞ Senatında Prezident Donald Tramp tərəfindən ABŞ Ali Məhkəməsinin ali hakimi vəzifəsinə irəli sürülən Brett Kavananın namizədliyinə dair son səsvermə keçirilib. Bir neçə qadın tərəfindən ona qarşı yönəldilən cinsi təcavüz iddialarına baxmayaraq, ABŞ Senatı Kavananın namizədliyini təsdiq edib. Onun lehinə 50, əleyhinə isə 48 senator səs verib.
Konservativ ştat sayılan Qərbi Virciniyanı təmsil edən demokrat senator Co Mançin də onun lehinə səs verib. Səsvermədə iştirak edən bütün respublikaçılar 53 yaşlı konservativ hakimin namizədliyini dəstəkləyiblər.
Kavananın təyin edilməsi Prezident Trampın ölkənin ən ali məhkəməsində konservatorların sayını artırmaqla, onların qanunvericilikdə təsirini gücləndirməyə imkan verəcək. 2017-ci ildə Tramp daha bir konservativ hakim Nil Qorsaçı Ali Məhkəməyə təyin etməyə müvəffəq olub. Kavana təqaüdə çıxan hakim Entoni Kennedini əvəzləyəcək.
banner

Oxşar Xəbərlər