ABŞ Salvador, Qvatemala və Hondurasa dövlət yardımını dayandıracaq

ABŞ Salvador, Qvatemala və Hondurasa dövlət yardımını dayandıracaq

Siyasət
18 İyun 2019, 09:37 195
ABŞ Salvador, Qvatemala və Hondurasa dövlət yardımını dayanadıracaq.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyib.
M.Ortaqus bildirib: "Biz Salvador, Qvatemala və Hondurasın qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün addımlar atdıqlarından əmin olmayana qədər onlara yeni vəsait ayırmayacağıq".

Onun sözlərinə görə, hazırda qüvvədə olan proqramların maliyyələşdirilməsi davam etdiriləcək: "700-dən artıq proqramdan 400-ü davam etdiriləcək".