• cümə, 26 Aprel, 11:24
  • Baku Bakı 12°C

ABŞ İqlimə dair Paris Sazişindən çıxması barədə BMT-ni məlumatlandırıb

05.08.17 10:10 1545
ABŞ İqlimə dair Paris Sazişindən çıxması barədə BMT-ni məlumatlandırıb
ABŞ Dövlət Departamenti ölkənin Paris Sazişindən çıxması barədəBMT-ni rəsmi olaraq məlumatlandırıb.
APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.
Bununla belə, ABŞ gələcəkdə Sazişə yenidən qoşulacağını istisna etmir.
"Prezident Donald Tramp iyunun 1-də bəyan etdiyi kimi, Sazişin şərtlərinin ölkə biznesi, işçiləri və vergi ödəyiciləri üçün ədalətli olduğu halda ABŞ Paris Sazişinə yenidən qatıla bilər”, məlumatda qeyd olunub.
Məlumatda həmçinin vurğulanıb ki, ABŞ bundan sonra da iqlim dəyişikliyi problemlərinə dair beynəlxalq tədbirlərdə iştirak etməyə hazırdır.
Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib. 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris Sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu Saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.
banner

Oxşar Xəbərlər