• cümə, 26 Aprel, 17:55
  • Baku Bakı 23°C

ABŞ-ın dövlət katibi Ukraynada

04.03.14 16:14 1274
ABŞ-ın dövlət katibi Ukraynada
ABŞ-ın dövlət katibi Con Kerri Ukraynanın paytaxtı Kiyevə gəlib. Lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, səfərdə məqsəd ölkədəki vəziyyəti müzakirə etməkdir.
Daha öncə Kerri Rusiyanın Krımdakı hərəkətlərini inanılmaz təcavüz və çox ciddi nəticələr verəcək akt kimi dəyərləndirib. Onun Ukraynanın yeni rəhbərliyinə 1 milyard dollar maliyyə yardımı vəd etdiyi də bildirilir.
Qeyd edək ki, dövlət katibi Maydana baş çəkəcək və yeni rəhbərliklə görüşəcək. Onun baş nazir Arseni Yatsenyukla birgə mətbuat konfransı da nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər