• cümə axşamı, 02 may, 02:07
  • Baku Bakı 15°C

ABŞ-ın Azərbaycandakı yeni səfiri - Robert Sekuta

17.12.14 12:48 1886
ABŞ-ın Azərbaycandakı yeni səfiri - Robert Sekuta
Ermənistanda səfiri postuna isə Riçard M. Mills təsdiqlənib
ABŞ Senatı Robert Frensis Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyinatını təsdiqləyib.
APA-nın məlumatına görə, Senatın dekabrın 16-da keçirilmiş iclasında R. F. Sekutanın Azərbaycana səfir göndərilməsi barədə prezident Barak Obamanın təqdimatı öz təsdiqini tapıb.
ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard M. Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də “Twitter” hesabından Senatın ABŞ-ın Azərbaycan və Ermənistanda səfiri postuna namizədləri təsdiqlədiyini yazıb, bu münasibətlə təbriklərini çatdırıb.
Müzakirələr senator Harri Reidin sədrliyi ilə keçirilib.
Qeyd edək ki, R. Mills 1990-cı illərdə ABŞ Dövlət Departamentində Ermənistan və Azərbaycan məsələləri üzrə şöbəyə rəhbərlik edib.
Xatırladaq ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb.
banner

Oxşar Xəbərlər