• cümə, 26 Aprel, 07:29
  • Baku Bakı 12°C

ABŞ Dövlət Departamenti: Rusiya İŞİD-lə mübarizə koalisiyasının görüşünə qatılmayacaq

10.03.17 10:15 656
ABŞ Dövlət Departamenti: Rusiya İŞİD-lə mübarizə koalisiyasının görüşünə qatılmayacaq
Rusiya ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə üzrə koalisiyasının 68 ölkəsinin nazirlər səviyyəsində keçiriləcək görüşündə iştirak etməyəcək. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi v.m.i.e. Mark Toner deyib.
"Rusiya koalisiyanın üzvü olmadığı üçün görüşdə iştirak etməyəcək”, - deyə Toner bildirib.
Qeyd edək ki, İŞİD-lə mübarizə üzrə koalisiyasının 68 ölkəsinin nazirlər səviyyəsində görüşü 22-23 mart tarixlərində Vaşinqtonda keçiriləcək. Görüşə ABŞ dövlət katibi Reks Tillerson sədrlik edəcək.
banner

Oxşar Xəbərlər