• şənbə, 27 Aprel, 05:32
  • Baku Bakı 14°C

“ABŞ-Azərbaycan münasibətləri inkişaf edən dinamikaya sahibdir”

15.05.20 15:03 562
“ABŞ-Azərbaycan münasibətləri inkişaf edən dinamikaya sahibdir”
"ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri səviyyəsindədir”.
Bu sözləri "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən qlobal layihələr, istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli layihələrdir: "Bütün bunlarla bərabər ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji istiqamətlər üzrə, o cümlədən hərbi-siyasi istiqamətlər üzrə geniş tərəfdaşlıq imkanlarına sahibdirlər. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil olunmuş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir. Şübhəsiz ki, bütün bunlarla bərabər ABŞ həm də dünya siyasətinin müəyyən edən güc mərkəzlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərini qarşılıqlı maraqlar kontekstində olduqca strateji edir”.
H.Məmmədov bildirdi ki, bu günlərdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunulması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq yeri və rolu kimi qiymətləndirilməlidir: "Şübhəsiz ki, bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamı yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqmətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, bundan sonrakı mərhələdə də ABŞ-Azərbaycan münasibətləri bütün sahələr üzrə inkişaf edən dinamikaya sahib olacaqdır”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər