27 ildən sonra baş tutan səfər
Özbəkistan prezidenti Şavkat Mirzoyeyevin Tacikistana səfəri iki ölkə
arasında münasibətlərin bərpasında mühüm addım olub. Hər iki lider görüşü "tarixi”
adlandıraraq bəyan ediblər ki, tacik-özbək münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə qaldırılıb. Danışıqların yekununda 27 sənəd imzalanıb və onların
arasında ən vacibi 30 gün müddətində vizasız gediş-gəliş, Sarez gölünün şirin
suyundan birgə istifadə, demarkasiya və delimitasiya, eləcə də, dövlətlərarası
sərhədin minalardan təmizlənməsidir. O ki qaldı mübahisəli Roqunsk Su Elektrik
Stansiyasının inşası məsələsinə - bu məsələ böyük ehtimalla, növbəti görüşlərdə
həlini tapacaq. Şavkat Mirzoyeyev tacik həmkarı İmomali Rahmonla görüşünün
sonunda keçirilən brifinqdə bildirib ki, Daşkənd və Düşənbə arasında həllini
tapmayan məsələ qalmayıb. İki dövlətin rəhbərləri ümumiyyətlə görüşdən çox
məmnun qaldıqlarını bildiriblər.
"Nezavisimaya qazeta” yazır ki, bu, Özbəkistan
prezidentinin son 27 ildə Tacikistana ilk səfəri olub. Liderlər bir-birilərini "qardaş”
adlandıraraq əbədi dostluq edəcəklərini bildiriblər. Şavkat Mirzoyeyev
sözlərinin təsdiqi kimi, tacik həmkarına "qapıları olmayan bir darvaza maketi”
və özbək dilində tacik-fars şairi və filosofu Əbülrəhman Caminin əsərlərindən
ibarət külliyyatı hədiyyə edib. Tacikistan üçün daha bir yaxşı hədiyyə,
Mirzoyeyevin Özbəkistanın Tacikistanın
hidroenergetika sisteminin inkişafında maraqlı olması barədə səsləndirdiyi
fikir olub. Bu, həm də Roqunsk SES-in inşasına da aiddir. Düşənbədə bu bəyanat
Daşkəndin su elektrik stansiyasının inşasına razılıq verməsi kimi
qiymətləndirilib. "Biz Özbəkistanın Tacikistanda, o cümlədən Roqunskda belə
tikililərin inşası ilə bağlı dəstəyini alqışlayırıq”, - deyə tacik prezidenti
bildirib. O əlavə edib ki, Düşənbə qonşuları üçün sudan istifadə məsələsində
problem yaratmayıb və bundan sonra da yaratmayacaq. Biz qonşularımızı heç zaman
susuz qoymamışıq və qoymarıq da”, - deyə o, əlavə edib. Lakin ekspertlər
diqqəti ona yönəldirlər ki, imzalanan 27 sənəd içərisində bir yerdə də olsun
Roqunsk SES məsələsi əks olunmayıb. Tacikistan üçün bu stansiyanın inşası milli
ideya səviyyəsinə qaldırılıb və bu səbəbdən də səslənən hər söz Düşənbə üçün
əhəmiyyətlidir. "Daşkəndlə bu məsələ ətrafında sərt qarşıdurma mövcud deyil. Bu
isə o deməkdir ki, Roqunsk SES-in inşası gələcəkdə danışıqların əsas
predmetidir. Əgər tərəflər kompromislərə hazır olsalar, sözsüz ki, qərar
tapılacaq. Əsas da olan odur ki, Özbəkistan tacik elektrik enerjisini almaqda
və enerji müəssisələrinin Tacikistana köçürülməsində maraqlıdır. Lakin bu
əməkdaşlığın sonrakı mərhələsidir”, - deyə Orta və Mərkəzi Asiya üzrə Mərkəzin
direktor müavini Bəxtiyar Erqaşov bildirib. Qeyd edək ki, birgə müəssisələrin
yaradılması barədə analoji saziş Qırğızıstanla da bağlanıb. "Əgər Tacikistanda
ucuz elektrik enerjisi mövcuddursa, onda enerji istehsalı müəssisələrini də bu
ölkədə yerləşdirmək sərfəlidir. Qırğızıstanla bağlı məsələyə gəldikdə isə
burada istehsal olunan məhsulu Avrasiya İqtisadi İttifaqı ölkələrinə nəql etmək
mümkündür”, - deyə Erqaşev bildirib.
Bundan əlavə, tərəflər başqa sahələr üzrə
də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Məsələ ondadır ki, özbək məhsullarına
tacik bazarlarında tələbat güclüdür. Ekspertlər də hesab edirlər ki, ticarət
balansı Özbəkistanın xeyrinədir - idxaldan daha çox məhsul ixrac olunur. İki
ölkə liderləri ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq
qərarına gəliblər. Hazırda bu rəqəm 240 milyon dollardır. Belə bir göstərici
isə hər iki tərəfi qane etmir. B.Erqaşev də bildirir ki, danışıqların sonunda
hər iki tərəf öz məqsədinə çatdı. Ən əsası, Özbəkistan özü üçün yeni bazar açdı.
Tacikistan öz növbəsində Özbəkistan vasitəsilə nəqliyyat məlumatı aparmaq
imkanı əldə etdi. Əvvəl bu əlaqə yalnız aviaməlumat idi. İndi avtobus xətti də
bura əlavə olunur. Sərhəddə 10 nəzarət buraxılış məntəqəsi də açılıb,
Surxandərya və Xatlon vilayətləri arasında dəmir yolu əlaqəsi yaranır. Praktiki
olaraq sərhəd məsələsi həllini tapıb”. İki ölkə arasında dövlət sərhədinin 90
faizi də həllini tapıb: "Yerdə qalan 10 faiz isə ən çətin və problemli
məsələdir və tez bir zamanda həll etmək mümkün deyil. Eyni vəziyyət
Qırğızıstanla da bağlı idi”. Onun qənaətinə gör, Tacikistanın bu danışıqların
nəticəsindən razı qalması və Özbəkistanın sakit reaksiyasının səbəbi bəlli
olur. "Tacikistan üçün bu məsələ həyati əhəmiyyət kəsb edir – ölkənin və xalqın
yaşamı üçün zəruridir. Özbəkistan üçün isə regionun daha bir ölkəsi ilə
münasibətlərin qurulması deməkdir”, - deyə ekspert sonda vurğulayıb.
Azər