230 yeni yoluxma
Azərbaycan Respublikasında 230 yeni koronavirus
infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və
evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib
ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il
təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə
olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda
müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin
vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 289.603 test aparılıb.