• çərşənbə axşamı, 16 aprel, 19:33
  • Baku Bakı 18°C

TN: Cəbhə bölgəsində dörd gündə iki şagird həlak olub, bir müəllim qəlpə yarası alıb, 11 məktəb dağıntılara məruz qalıb

01.10.20 19:25 611
TN: Cəbhə bölgəsində dörd gündə iki şagird həlak olub, bir müəllim qəlpə yarası alıb, 11 məktəb dağıntılara məruz qalıb

Sentyabrın 27-dən ötən 4 gün ərzində erməni işğalçı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması nəticəsində şagirdlərdən həlak olanlar, müəllimlərdən isə müxtəlif bədən xəsarətləri alanlar var.
Təhsil NazirliyindənAPA-ya verilən məlumata görə, Naftalan şəhərində bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olub.
Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb.
Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.
Tərtər:
Tərtər şəhər 5 saylı tam orta məktəb
Tərtər şəhər İ.Məmmədov adına 2 saylı məktəb-lisey
Şıxarx kənd 1 saylı tam orta məktəb
Qapanlı kənd tam orta məktəb
Qarağacı kənd tam orta məktəb
Qazyan kənd ümumi orta məktəb
Ağdam:
Təzəkənd kənd tam orta məktəb
Ayaqqərvənd kənd tam orta məktəb
Füzuli:
Arayatılı kənd tam orta məktəb
Goranboy:
Safıkürd kənd tam orta məktəb
Kəlbəcər:
Kəlbəcər rayonu 83 saylı tam orta məktəb.
banner

Oxşar Xəbərlər