• cümə axşamı, 25 aprel, 18:43
  • Baku Bakı 21°C

ABŞ-ın neft ehtiyatları azalıb

20.05.20 14:15 678
ABŞ-ın neft ehtiyatları azalıb
Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.
AZƏRTACxəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,8 milyon barrel azalaraq 521,3 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 7,5 milyon barrel çoxalmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
banner

Oxşar Xəbərlər