• cümə, 26 Aprel, 09:27
  • Baku Bakı 12°C

Ermənistan silahlı bölmələri atəşkəsi 92 dəfə pozub

24.06.18 11:00 473
Ermənistan silahlı bölmələri atəşkəsi 92 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonununAğdam, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdamrayonunun işğal altında olan Nəmirli, Şuraabad, Şıxlar, Baş Qərvənd, Şirvanlı, Novruzlu, Mərzili,Füzulirayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər