AZE | RUS | ENG |

Bu gün “Son zəng”dir

Bu gün “Son zəng”dir
Azərbaycanda 2017/2018-ci dərs ili bu gün başa çatır. Bu münasibətlə ölkənin bütün ümumtəhsil müəssisələrində "Son zəng” çalınır.
 
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2017/2018-ci tədris ilində IX sinfi 111 257, XI sinfi isə 83001 şagird bitirir.
 
2018/2019-cu tədris ilinin əvvəlinə respublikanın ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165 780 nəfər proqnozlaşdırılır.

Son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin "Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
 
Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000