AZE | RUS | ENG |

“Məhəbbət əfsanəsi” baleti Başqırdıstan Opera və Balet Teatrında nümayiş etdiriləcək

“Məhəbbət əfsanəsi” baleti Başqırdıstan Opera və Balet Teatrında nümayiş etdiriləcək
Fevralın 14-də Rusiya Federasiyası Başqırdıstan Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar İncəsənət Xadimi German Kimdir.

"Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6355
GBP 1 İngilis funt sterlinqi 2.2393
TRY 1 Türk lirəsi 0.2990
KWD 1 Küveyt dinarı 5.6110
SEK 1 İsveç kronu 0.1905
EUR 1 Avro 1.9649
CHF 1 İsveçrə frankı 1.7146
USD 1 ABŞ dolları 1.7000