• cümə, 26 Aprel, 05:22
  • Baku Bakı 16°C

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib

29.05.17 15:30 1254
Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib
İran prezidentiHəsən RuhaniAzərbaycan dövlət başçısıİlham Əliyevə məktub ünvanlayıb.
APA-ın Tehran bürosunun məlumatına görə, H. Ruhani İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.
Məktubda deyilir: "Azərbaycanın müstəqilliyinin ildönümünü münasibətilə Sizi, dövlətinizi və ölkənizin xalqını səmimi qəlbdən təbrik edirəm.
İki ölkə arasında güclü potensial, eləcə də iki xalqı bir-birinə bağlayan tarixi, mədəni və dini bağlar var. Əməkdaşlığın günbəgün artırılması və qarşılıqlı mənafe uğrunda əlaqələrin inkişafı üçün misilsiz şərait mövcuddur.
Əminəm ki, iki ölkənin əlaqələrində önəmli addımlar ata biləcəyik. Əlaqələrimizin daha da inkişaf edəcəyinə böyük ümidlər var.
Allah Təaladan Sizə sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqına isə başıucalıq və inkişaf arzulayıram".
banner

Oxşar Xəbərlər