AZE | RUS | ENG |

111 məhkəmə binasının 60 faizi elektron məhkəmə sisteminə qoşulub

111 məhkəmə binasının 60 faizi elektron məhkəmə sisteminə qoşulub
Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində inşa edilən yeni, müasir məhkəmə binaları dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq, yaradılması nəzərdə tutulmuş "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə bütün zəruri infrastrukturla təchiz olunub.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 4-də Ədliyyə Nazirliyinin və Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilən "Keçmişə və gələcəyə baxış: Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri” mövzusunda forumda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov deyib.
Nazir qeyd edib ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində köhnə məhkəmə binalarında da uyğunlaşdırma işləri aparılaraq, "Elektron məhkəmə” sisteminin tətbiqi üzrə bütün zəruri avadanlıq quraşdırılıb. Bu günə 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub. Elektron məhkəmənin bir çox komponentləri hazırda uğurla tətbiq olunur.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056