• çərşənbə axşamı, 09 iyun, 08:31
  • Baku Bakı 22°C

SOCAR və "BGP Inc." əməkdaşlığın genişləndirilməsini müzakirə edib

25.04.26 00:11 481
SOCAR və "BGP Inc." əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "BGP Inc." şirkəti arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib. "Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, qurumun prezidenti Rövşən Nəcəf Çin şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə görüşüb.

Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, SOCAR və "BGP Inc."nin birgə təsis etdiyi "Caspian Geo" şirkətinin Xəzər regionunda qabaqcıl texnologiyalar əsasında seysmik tədqiqat işlərinin həyata keçirilməsində aparıcı mövqeyi xüsusi vurğulanıb.

Tərəflər cari layihələrin icrasına, əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılmasına və əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər