• çərşənbə axşamı, 09 iyun, 08:30
  • Baku Bakı 22°C

SOCAR-ın komandası minifutbol turnirinin qalibi olub

09.05.26 00:35 444
SOCAR-ın komandası minifutbol turnirinin qalibi olub

Dövlət qurumlarının əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib. Turnirdə ayrı-ayrı qurumları təmsil edən komandalar güclərini sınayıblar.  

Üçüncü yer uğrunda keçirilən matçda Ədliyyə kollektivi Baş Prokurorluq komandasını 2:1 hesabı ilə məğlub edib. Final görüşündə isə SOCAR "Azərişıq" komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçirilib.

Daha sonra turnirdə ilk 3 yeri tutan komandalara mükafatlar təqdim edilib. Üçüncü olan Ədliyyə kollektivi bürünc medalla mükafatlandırılıb. Finalda uduzan "Azərişıq" komandasının üzvləri gümüş, bütün görüşləri qələbə ilə başa vuran SOCAR-ın üzvləri isə qızıl medallarla təltif edilib. Bundan başqa, SOCAR komandasına yarışın ən böyük mükafatı olan kubok təqdim olunub.

“Turnirdə çox güclü komandalar mübarizə apardı. Qalib olduğumuz üçün çox xoşbəxtik. Bu qələbə oyunçularımızın zəhməti nəticəsində başa gəldi”, - bu sözləri  SOCAR komandasının baş məşqçisi Fuad Rzayev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin final oyunundan sonra deyib.

O, “Azərişıq” komandası ilə görüşdə böyükhesablı qələbə gözləmədiklərini və nəticənin onlar üçün sürpriz olduğunu söyləyib: “5:0 hesabı ilə rəqibi üstələdik. Oyuna ciddi hazırlaşmışdıq. Final qarşılaşmasında erkən qollar bizə əlavə motivasiya verdi. Rəqib də güclü komandadır və sona qədər mübarizə apardı”.

 

banner

Oxşar Xəbərlər