• çərşənbə axşamı, 09 iyun, 08:28
  • Baku Bakı 22°C

“SOCAR bu təşəbbüsə vacib layihə kimi yanaşacaq”

02.05.26 00:22 430
“SOCAR bu təşəbbüsə vacib layihə kimi yanaşacaq”

İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. "Report" xəbər verir ki, sənədə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, IE Universitetinin prezidenti Santiago Iñiguez de Onzoño və "PAŞA Holdinq" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov imza atıblar.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf bildirib ki, Liderlik və İnnovasiya üzrə IE Mərkəzi kimi layihələrin bəhrəsini və nəticələrini gələcək onilliklərdə görəcəyik. Onun sözlərinə görə, İspaniyanın IE Universiteti innovasiya, sahibkarlıq və bilik sahəsində qlobal universitetlərdən biridir: "Bu universitetin onilliklər ərzində əldə etdiyi uğurlar nümunədir. O, Azərbaycana dünya səviyyəli akademiya, tədris proqramı və dərslər gətirəcək. Azərbaycan gəncləri bu istiqamətdə bilikləri ölkəmizdə əldə edə biləcək. Bunun digər akademik dairələrə də müsbət təsiri olacaq. Ümid edirik ki, IE daxil olmaqla, digər universitetlər, akademiyalarla bu əməkdaşlığı gələcəkdə daha da genişləndirəcəyik".

R.Nəcəf qeyd edib ki, SOCAR bu təşəbbüsə vacib, irimiqyaslı və əhəmiyyətli layihə kimi yanaşacaq: "Bu, bizim üçün sadəcə illik hesabatda bir sətir və ya divardakı bir loqo olmayacaq. Bu, bizim fədakarlığımız və dəstəyimiz olacaq. Bu təşəbbüsə rüblük və ya illik deyil, onilliklər prizmasından baxacağıq. Çünki bu təşəbbüsün bəhrə və nəticələrini gələcək onilliklərdə görəcəyik".

banner

Oxşar Xəbərlər